Bakıda bank işçisi başından bıçaqlandı
04 fevral 2020 12:25 (UTC +04:00)

Bakıda bank işçisi başından bıçaqlandı


Bakıda baş verən mübahisə bıçaq xəsarəti ilə yekunlaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirib. 

Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1291
avatar

Oxşar yazılar