Bakıda axtarışda olan oğru saxlanıldı
21 may 2020 11:50 (UTC +04:00)

Bakıda axtarışda olan oğru saxlanıldı

Bakıda iaşə obyektlərindən oğurluq edilib.

Lent.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 mağazadan, 1 gözəllik salonundan, 1 şirniyyat sexindən pul oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738
avatar

Mehman Nəbiyev

Oxşar yazılar