Bakıda ard-arda iki qəza oldu: sıxlıq var  - FOTO
23 noyabr 2020 10:30 (UTC +04:00)

Bakıda ard-arda iki qəza oldu: sıxlıq var - FOTO

0

"Bir qədər əvvəl hava limanı şossesində bir-birinin ardınca iki yol-nəqliyyat hadisəsi qeydə alınıb".

Lent.az məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib:

"Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində olub. "Baku Expo" mərkəzi yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4056

Oxşar yazılar