Bakıda ağır yol qəzası: ölən və yaralanan var
18 may 2020 02:10 (UTC +04:00)

Bakıda ağır yol qəzası: ölən və yaralanan var

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nobel prospektində - “Nargilə dairəsi” adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə hələlik kimliyi müəyyən edilməyən “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Bağırov Nofəl Musa oğlu ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4561
avatar

Oxşar yazılar