Bakıda 3 ev bir anda yandı - FOTO
03 may 2020 23:06 (UTC +04:00)

Bakıda 3 ev bir anda yandı - FOTO

0

 

Bakının Nəsimi rayonunda, "Kubinka" kimi tanınan ərazidə yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə Sübhi Salayev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən evdə qeydə alınıb.

İkimərtəbəli evin 1-ci mərtəbəsində yanğın başlayıb. Alov qısa zamanda yuxarı mərtəbəyə və mənzilə bitişik digər 2 evə də keçib.

Əraziyə dərhal FHN-in Nəsimi rayonu üzrə Yanğından Mühafizə Hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb, yanğının əhatəsi lokallaşdırılıb. Hazırda soyutma işləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4679

Oxşar yazılar