Bakıda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
08 may 2020 01:06 (UTC +04:00)

Bakıda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

 

Bakının Suraxanı rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Yeni Suraxanı qəsəbəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması zamanı 1959-cu il təvəllüdlü Hüseynov Qüdrət Əsgər oğlu, 1985-ci il təvəllüdlü Mehdiyeva Səbinə Asəf qızı və 22 yaşlı Bəkirov Vahid Sənan oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar