Bakıda avtomobil 12 yaşlı uşağı vurub qaçıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, iyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayev vurulub. Bu barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.
Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.