Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq, istintaqa cəlb edilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuatxidmətindən Lent.az-a verilnə məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsi və 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb.
Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb.
Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.