Bakı sakininin evində 60 kiloqramdan çox narkotik tapıldı- FOTO
22 iyun 2020 15:53 (UTC +04:00)

Bakı sakininin evində 60 kiloqramdan çox narkotik tapıldı- FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu, Şüvəlan qəsəbəsində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 64 kiloqram 269 qram olan 117 ədəd çətənə kolu, 81,781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, Baloğlan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri semilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar