Bakı sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 30 qram heroin aşkar edilərək götürülüb.