Bakı-Quba yolunda qəza
24 may 2020 11:49 (UTC +04:00)

Bakı-Quba yolunda qəza

Rusiya vətəndaşı “KamAZ”-ın altında qalaraq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.

Daş yüklü “KamAZ” markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı  1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

Ölən şəxs TIR sürücüsü olub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7657
avatar

Oxşar yazılar