Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətinin rəisi Etibar İsayev dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov özünün "Facebook" səhifəsində məlumat paylaşıb. Onun bu gün səhər saatlarında qəflətən ürəktutmasından vəfat etdiyi bildirilir.