Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn, Masallı rayon sakini, 37 yaşlı Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "Qazel" markalı avtomobili arxaya verərkən 2 yaşlı Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.