Azərbaycanda yüksək vəzifəli gömrük məmuru həbs edildi - SƏBƏB
25 iyun 2020 14:06 (UTC +04:00)

Azərbaycanda yüksək vəzifəli gömrük məmuru həbs edildi - SƏBƏB

Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” və “İnterlogistics” məhdud məsuliyyətli cəmiyyətlərin səlahiyyətli nümayəndəsindən bu cəmiyyətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi ümumilikdə 750 dollar (1275 manat) məbləğində pulu iyunun 23-də alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayevin bu cinayət əməlini törətməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4597
avatar

Mehman Nəbiyev

Oxşar yazılar