Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbənin intihar etməsinə münasibət bildirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova Lent.az-a hadisə ilə bağlı mərhum tələbənin ailəsi ilə əlaqə saxlanıldığını deyib. Onun sözlərinə görə, intiharın nədən baş verdiyi bilinmir:
“Ramiz Sumqayıtda yaşayır. Hadisə də elə yaşadıqları evdə baş verib. Təhsil aldığı fakültənin dekanatlığından bildirildi ki, Ramiz heç bir problemi olmayan, dərsə sakit gəlib-gedən tələbə olub. Qrup yoldaşları da onun hansı səbəblə intihar etdiyini bilmir. Ailəsinə başsağlığı verdik, Allah rəhmət eləsin”.
***
Saat: 09:26
Azərbaycanda tələbə intihar edib.
Lent.az-ın məlumatına görə, Azərbaycanda Dövlət iqtisad Universiteti (UNEC) 3-cü kurs tələbəsi Ramiz Zöhrab oğlu Kazımov intihar edib. Hələlik onun həyatına nədən qəsd etməsinin səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.