Azərbaycanda televiziyanın avadanlıqlar oğurlandı
22 may 2020 11:19 (UTC +04:00)

Azərbaycanda televiziyanın avadanlıqlar oğurlandı

Mayın 21-də günorta saatlarında Səbail rayonu, Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs oğurlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1800 dollar olduğunu deyiblər.

Ərazi üzrə Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Füzuli Hüseynovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Mehman Nəbiyev

Oxşar yazılar