İyulun 19-da saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olunub.
Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.