Gəncədə məhbus özünə xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 26 yaşlı Əhmədov Əhməd Əbdurəhman oğlu sol qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
İlkin məlumata görə, məhbus özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.