Azərbaycanda külək beşmərtəbəli binanın damını uçurdu, 5 maşın əzildi - FOTO
17 may 2020 16:34 (UTC +04:00)

Azərbaycanda külək beşmərtəbəli binanın damını uçurdu, 5 maşın əzildi - FOTO

Qubada külək bir sıra fəsadlar törədib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.  

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4888
avatar

Oxşar yazılar