Azərbaycanda istirahətə getmək istəyənlər cərimələndi
17 iyul 2020 10:24 (UTC +04:00)

Azərbaycanda istirahətə getmək istəyənlər cərimələndi

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Gəncə və Sumqayıt sakini olan şəxslər müəyyən edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Qarşıdakı vaxtlarda bu cür qayda pozuntularının təkrar aşkar olunacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3877
avatar

Mehman Nəbiyev

Oxşar yazılar