Azərbaycanda gənci güllələyən şəxs məlum oldu - YENİLƏNİB
01 may 2020 20:22 (UTC +04:00)

Azərbaycanda gənci güllələyən şəxs məlum oldu - YENİLƏNİB

Şəmkirdə 29 yaşlı kişini qətlə yetirən şəxs məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 1977-ci il təvəllüdlü Süleymanov Etibardır. 

Cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.

 

***

20:04

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Hümbətli Elnur Salman oğlu güllələnərək qətlə yetirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Oxşar yazılar