Azərbaycanda gənc oğlan özünü öldürdü
01 iyun 2020 10:04 (UTC +04:00)

Azərbaycanda gənc oğlan özünü öldürdü

Tovuzda gənc oğlan intihar edib.

APA-nın məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 25 yaşlı Kamil Səfərov fərdi yaşayış evinin yaxınlığında yerləşən ayaqyolunun tavanından özünü asaraq öldürüb.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Hüquq-mühafizə oqranlarınıpn əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Ailəsinin verdiyi məlumata görə, K. Səfərovun psixoloji pozuntuları olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2389
avatar

Oxşar yazılar