Daşkəsəndə qardaş bacısını qətlə yetirib.
Daşkəsən rayon Prokurorlıuğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.