İyulun 21-də saat 14 radələrində Lerik rayonu, Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Lerik rayon Prokurorluğundan Lent.az-a daxil olan xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.