Azərbaycanda baş həkim və 5 tibb bacısı COVID-19-a yoluxdu
07 iyul 2020 19:02 (UTC +04:00)

Azərbaycanda baş həkim və 5 tibb bacısı COVID-19-a yoluxdu


Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

APA-nın yerli bürosunun məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov APA-ya açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb.

O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib: “Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4453
avatar

Oxşar yazılar