Azərbaycanda ana doğuşdan sonra öldü
03 fevral 2020 18:33 (UTC +04:00)

Azərbaycanda ana doğuşdan sonra öldü

Lənkəranda ana ölümü baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Girdəni kənd sakini, 24 yaşlı Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25 radələrində hamiləliyinin 38-39-cu həftəsində xəstəxanaya daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Əməliyyatdan sonra xəstədə qanaxma başlayıb. Həkimlərin səylərinə baxmayaraq G.Babayeva dünyasını dəyişib. 

Qeyd edək ki, bu, qadının ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1936
avatar

Oxşar yazılar