Azərbaycanda SSRİ pasportu ilə yaşayanlara müraciət edildi - RƏSMİ
07 fevral 2020 14:37 (UTC +04:00)

Azərbaycanda SSRİ pasportu ilə yaşayanlara müraciət edildi - RƏSMİ


Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.

APA-nın xəbərinə görə, müraciət V.Hüseynovun rəsmi “Facebook” səhifəsində yayımlanıb.

V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır: “Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa, onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2326
avatar

Oxşar yazılar