Azərbaycanda AĞIR QƏZA: 5 uşaq xəsarət aldı
21 dekabr 2019 18:12 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: 5 uşaq xəsarət aldı

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1928
avatar

Oxşar yazılar