Şirvanda azyaşlı qıza qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 26-da Şirvan şəhəri ərazisində “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılıb, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.