Azərbaycanda 3000 manatlıq inəklər oğurlandı
09 iyun 2020 16:35 (UTC +04:00)

Azərbaycanda 3000 manatlıq inəklər oğurlandı

Ötən ilin dekabr ayında İmişli rayon sakini M. Abbasov Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyalarının və pullarının oğurlanması barədə məlumat verib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, E. Muradov 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 4000 manat pul və 650 dollar oğurlamaqla ev sahibinə 10000 manatdan artıq ziyan vurub.

Bundan başqa, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində 3000 manat dəyərində 2 baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakinləri Umud Umudlu və Qəzənfər İsaqlı saxlanılıb. Q. İsaqlının ətrafında davam etdirilən araşdırmalarla onun rayon ərazisindəkı market, bərbərxana və poçt köşkündən tütün məmulatları, danışıq kartları və televizor oğurlamaqla vətəndaşlara 1400 manat dəyərində ziyan vurduğu da müəyyən edilib.

Faktlarla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar