Azərbaycan vətəndaşı Gürcüstanda adam öldürdü
03 iyul 2020 22:54 (UTC +04:00)

Azərbaycan vətəndaşı Gürcüstanda adam öldürdü

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı S.V.-ni saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Məlumatda  bildirilib ki, saxlanılan şəxs tanışı - 2000-ci il təvəllüdlü S.B.-ni mübahisə zamanı soyuq silahdan istifadə edərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

"Hüquq mühafizəçiləri hadisədən qısa müddət sonra Dmanisi bələdiyyəsində isti izlərlə şübhəli şəxsi saxlayıb. Polis cinayətdə istifadə edilən bıçağı sübut kimi götürüb. Saxlanılan şəxs günahını etiraf edib”, - deyə DİN-dən bildirilib.

DİN-in məlumatına görə, saxlanılan şəxs barəsində qəsdən adam öldürmə faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır, ittihamlar təsdiqini taparsa, onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3964
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40