Azərbaycan Prezident Putini və Rusiya xalqını təbrik edib
09 may 2020 13:15 (UTC +04:00)

Azərbaycan Prezident Putini və Rusiya xalqını təbrik edib


Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

APA-nın xəbərinə görə, Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28