Baş Dövlət Yol Polisi İdarəsi karantinlə bağlı yoxlamalar aparanda axtarışda olan şəxs aşkar edilib.
İdarədən Lent.az-a verilən xəbərə görə, gün ərzində karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 350 nəqliyyat vasitəsi paytaxt, 350 avtomobil rayon istiqamətinə geri qaytarılıb. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan bir nəfər aşkar edilib. Bir nəfər sərnişin isə polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etdiyi üçün barəsində qanunvericiliyə uyğun qaydada müvafiq sənədləşmə aparılıb.