Axtarışda olan qadın mağazalardan oğurluq etdi
18 may 2020 09:00 (UTC +04:00)

Axtarışda olan qadın mağazalardan oğurluq etdi

Qaxda 3 mağazadan müxtəlif əşyalar və qadına məxsus əl çantasından pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum olunduğu və hazırda təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4891
avatar

Mehman Nəbiyev

Oxşar yazılar