Avtoxuliqanlıq edən sürücü cəzalandırıldı
18 may 2020 19:29 (UTC +04:00)

Avtoxuliqanlıq edən sürücü cəzalandırıldı

Paytaxtın Binəqədi rayonu dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılıb. 

İdarədən Lent.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə 33 yaşlı Zahir Zalova “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq, nəqliyyat vasitəsi saxlanılıb. 

Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla, onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sürücü barəsində toplanan materillar rayon rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməkə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2476
avatar

Oxşar yazılar