Avtovağzalda sürücünün pulu oğurlandı
18 may 2020 09:20 (UTC +04:00)

Avtovağzalda sürücünün pulu oğurlandı

Bakıda marşrut avtobusundan pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeydə alınıb.

Naməlum şəxs 91 saylı xətt avtobusunda sürücünün 60 manat pulunu oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Bilal Əsədov tutulub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1906
avatar

Mehman Nəbiyev

Oxşar yazılar