Avtomobil işıq dirəyinə çırpıldı: BAKIDA QƏZA - FOTO
04 may 2020 21:11 (UTC +04:00)

Avtomobil işıq dirəyinə çırpıldı: BAKIDA QƏZA - FOTO

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA-nın məlumatına görə, avtoqəza Vaqif prospektində baş verib.

Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar