Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədrlər təyin edildi
06 may 2020 17:00 (UTC +04:00)

Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədrlər təyin edildi

Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin ediliblər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

 

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri

Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri

Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri

Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri

Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri

Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri

Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar