Anasını və bacısını öldürənə cinayət işi açıldı
01 iyun 2020 10:38 (UTC +04:00)

Anasını və bacısını öldürənə cinayət işi açıldı

İyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilən meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin işirakı ilə hadisə yerinə və meyitlərə baxış keçiib.

Baş prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2329
avatar

Mehman Nəbiyev

Oxşar yazılar