Ailə münaqişəsi qardaşı qatil etdi
01 iyul 2020 17:16 (UTC +04:00)

Ailə münaqişəsi qardaşı qatil etdi

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 61 yaşlı Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4813
avatar

Oxşar yazılar