Ağsuda avtomobil qoyun sürüsünə çırpıldı
03 may 2020 00:41 (UTC +04:00)

Ağsuda avtomobil qoyun sürüsünə çırpıldı

 

Ağsu rayonunda xırdabuynuzlu heyvanların tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, mayın 2-də Ağsu rayon sakini Kamil İsrayılov "Toyota" markalı minik avtomobili ilə Ağsu-Kürdəmir yolunda hərəkətdə olarkən qəflətən qarşısına çıxan qoyun sürüsünə girərək qəza törədib. Təklə kəndi ərazisində baş verən hadisə zamanı yerli sakinlərə məxsus 25 baş qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4350
avatar

Oxşar yazılar