Ağır yol qəzasında ölən sürücünün kimliyi məlum oldu - FOTO - VİDEO - YENİLƏNİB
06 may 2020 00:25 (UTC +04:00)

Ağır yol qəzasında ölən sürücünün kimliyi məlum oldu - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol qəzasında ölən sürücünün kimliyi məlum olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, o, 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğludur.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “İran Khodro” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

5 aprel, saat 22:24

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bakı-Saray yolunda yol qəzası zamanı sürücü ölüb sərnişin isə ağır xəsarət alıb. 

Belə ki, "Lada Priora" markalı avtomobil ilə “İran Khodro” markalı nəqliyyat vasitəsi toqquşub. “İran Khodro”nun hələlik adı, soyadı bilinməyən sürücüsü hadisə yerində ölüb.

38 yaşlı sərnişin Elşad Cavadov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8541
avatar

Oxşar yazılar