Ağdamda evinə mərmi düşən vətəndaşımız həlak oldu - RƏSMİ
07 oktyabr 2020 13:04 (UTC +04:00)

Ağdamda evinə mərmi düşən vətəndaşımız həlak oldu - RƏSMİ

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Mehman Nəbiyev

Oxşar yazılar