Abşeronda istirahət mərkəzinin ərazisində yanğın olub.
Lent.az FHN-nin rəsmi saytına istinadla bildirir ki, ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.