70 yaşlı kişi yaşadığı evdə yanaraq öldü
21 fevral 2022 21:03 (UTC +04:00)

70 yaşlı kişi yaşadığı evdə yanaraq öldü

0

Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə  saat 19 radələrində Şəki şəhəri 4-cü rayon Guləhli məhəlləsində, 1952-ci il təvəllüdlü Rüstəm Nurəddin oğlu Mustafayevə məxsus, ümumi sahəsi 80 kvadrat metr olan ikimərtəbəli beş otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 60 yaşlı Rüstəm Mustafayevin yanmış meyiti aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib. Evə bitişik tikilmiş, ümumi sahəsi 130 kvadrat metr olan ikimərtəbəli digər evin dam örtüyünün  15 kvadrat metrlik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1745

Oxşar yazılar