61 yaşlı kişi intihar etdi
31 iyul 2023 00:25 (UTC +04:00)

61 yaşlı kişi intihar etdi

0

Masallıda 61 yaşlı kişi özünə xəsarət yetirərək həyatına son qoyub.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962-ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev yaşadığı ünvanda bədənin müxtəlif nahiyələrinə xəsarət yetirərək intihar edib. O, aldığı xəsarətlərdən ölüb.

A.Tağıyevin intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2176

Oxşar yazılar