60 yaşlı kişinin asılmış meyiti tapıldı -  AZƏRBAYCANDA
11 aprel 2022 13:20 (UTC +04:00)

60 yaşlı kişinin asılmış meyiti tapıldı - AZƏRBAYCANDA

0

Oğuzda intihar hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində rayonun Bayan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Mənsur Mürvət oğlu Haşımovun meyiti yaşadığı evin qarşısındakı talvardan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı M. Haşımovun intihar etdiyi məlum olub.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2775

Oxşar yazılar