Dağıstanda böyüklər manqal hazırlamaqla məşğul olarkən altı yaşlı uşaq babasının silahı ilə özünü vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bədbəxt hadisə ailəvi istirahət zamanı baş verib. Oğlan ərazidə yerləşən binalara baxış keçirməyə başlayıb. Anbarda o, tapança tapıb və tətiyini sıxıb.
Güllə oğlanın boynundan keçib, o, dərhal xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, silahın sahibi onu dolu saxlayıb. Kişiyə qarşı cinayət işi açılıb.