Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq olub.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, iyulun 22-də Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində naməlum şəxs şəhər sakini olan 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparıb. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hacıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.