Moskvada bir nəfər elektrik skuterindən yıxılaraq ölüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Krasnodarskaya küçəsində baş verib.
51 yaşlı kişi skuter sürərkən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.